-
- 16-11-2021, 11:56
- 3 662
Bakıda 35 yaşlı kişi sevgilisinin intim videosunu yaydı, işlədiyi şirkətdən qovdurdu – ŞOK TƏFƏRRÜAT
Noyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdam rayon sakini, ali təhsilli, subay, 1 azyaşlı uşaq atası olan 1986-cı il təvəllüdlü Ruslan Vəliyev barəsində Cinayət Məcəlləsinin 177.2.2 (oğurluq, təkrar törədildikdə) və 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək niyyətilə törədildikdə) maddələri ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, məhkəmədə məlum olub ki, R.Vəliyev qeyri-rəsmi nikah münasibətində yaşadığı, intim görüntülərini yaydığı və boşanmasına səbəb olduğu Aytən Quliyevanın (ad şərtidir) Baş Mütəşəkkül Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciəti əsasında keçirilmiş əməliyyatla həbs edilib. Belə ki, şantaj edilən qadının anası Ruslana 3 min dollar verməyə razılaşandan sonra onlar Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Daşfırın” restoranında görüşüblər. Pulu alıb restoranı tərk edən 35 yaşlı şəxs küçəyə çıxarkən polis tərəfindən saxlanılıb.
Məhkəmə istintaqı zamanı məlum olub ki, R.Vəliyev şantaj etdiyi Aytəni əlində saxlamaq üçün özünü DTX mayoru və polis əməliyyatçısı kimi təqdim edib. Bu yolla Ruslan ondan uzaqlaşmaq istəyən gənc qadını xeyli vaxt qorxu içində saxlayıb və müxtəlif ünvanlara apararaq onu döyüb, cinsi əlaqədə olub.
Məhkəmədə ifadə verən A.Quliyeva deyib:
“2019-cu il iyun ayının əvvəllərində rəfiqəm vasitəsilə tanış olduğum Ruslan özünü Dövlət Təhlükəsizlik Xidmətinin zabiti kimi təqdim etməklə yanaşı mənzillərin təmiri ilə məşğul olan tikinti şirkətinin sahibi olduğunu bildirmişdi. 2019-cu ilin avqust ayından başlayaraq Ruslanın daimi şəkildə məni təhdid etməsi, söyüşlə danışması, gün ərzində dayanmadan zənglər edib narahat etməsi, məni döyməsi səbəbindən onunla münasibətlərim korlanmağa başlamışdı. Ruslanla bir daha görüşməkdən çəkinsəm də, o, mənimlə təkidlə cinsi əlaqədə olmaq istədiyini bildirib ünvanıma nalayiq ifadələr işlədərək harada olduğumu soruşurdu. Məcbur qalıb ona Solmazın yaşadığı evə getdiyimi dedim. Ora çatanda artıq orada olan Ruslan mənə yaxınlaşaraq avtomobilə əyləşməyi tələb etdi. Söhbət zamanı ona ayrılmaq istədiyimi bildirdikdə Ruslan söyüş söyməklə bədəninin müxtəlif nahiyələrindən yumruqla vurdu, bundan sonra avtomaşının salonundan əl bıçağını götürərək ayrılsam, telefonlarına cavab verməsəm, istədiyi vaxt cinsi əlaqədə olmasam aramızdakı intim münasibətləri ərimə deyəcəyi ilə hədələdi. Həddindən çox qorxduğumdan sonrakı müddətdə yenidən Ruslanla Yeni Günəşli qəsəbəsində yerləşən mənzildə görüşüb cinsi əlaqədə oldum. 2019-cu il avqustun 29-da «Holiday İnn» otelində işlə bağlı tədbirdən sonra saat 18-19 radələrində çıxanda Ruslan məni qarşılayıb avtomobilə əyləşməyə məcbur etdi, avtomobilin salonunda mənim boynumdan tutaraq başımı salondakı dirsəkaltına vurdu, başıma və bədənimə yumruqla vuraraq döydü, telefon zənglərinə cavab verməsəm, məni bundan da betər döyəcəyi ilə hədələdi. Onunla münasibətlərimi ailə üzvlərim bilməsin deyə, Ruslanın hərəkətləri barədə polisə şikayət edə bilmədim. O, 2019-cu ilin noyabr ayında guya qohumum vasitəsi ilə Dövlət Təhlükəsizlik Xidmətində işləmədiyini müəyyən etməyim barədə Ruslana bildirdim. Bundan sonra Ruslan Bakı şəhərinin Yasamal Rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışdığını bildirdi və sübut olaraq 2019-cu il noyabrın 30-da polis geyimində olan fotoşəklini «WhatsApp» proqramı vasitəsi ilə mənə göndərdi. Bundan sonra Ruslandan daha çox qorxmağa başladım. 2019-cu il dekabrın 26-da isə Ruslan iş yerimə zəng edib rəhbərliyə onunla olan intim münasibətlərim barədə məlumat verdi. Bundan sonra şirkət rəhbərliyi əmək müqaviləmə xitam verdi. 2019-cu il dekabrın 29-da Ruslan anama zəng edərək məndən əl çəkməsi və barəmdə rüsvayedici, utancverici məlumatları yaymaması müqabilində əvvəlcə 70.000 manat, sonra məbləği aşağı salıb 60.000 manat, daha sonra isə 58.000 manat pul tələb etdi, həmin pulu nəyin bahasına olursa-olsun alacağı ilə hədələdi. Həmin ərəfədə Ruslan artıq rüsvayedici məlumatları mənim xalalarıma və əmimə dedi. 2019-cu il dekabrın 30-da Ruslan onunla aralamızdakı münasibətlər barədə artıq ərimə məlumat verdi. Mən ərimə tora düşdüyümü, hədə-qorxuya məruz qaldığımı etiraf etdim. Buna baxmayaraq həyat yoldaşım məni qovduğundan azyaşlı övladımla birlikdə evdən çıxıb əvvəlcə anamgilə getdim. Anam məni qəbul etmədiyi üçün məcbur olub Bakı şəhər beynəlxalq avtovağzal kompleksində yerləşən oteldə qaldım. 2020-ci il yanvar ayının əvvəllərində Ruslan pul tələbini yerinə yetirməsək rüsvayedici məlumatları qardaşıma göstərəcəyini deməyə başladı və bu barədə anamı da hədələdi. Anam məcbur olub Ruslanın pul tələbini yerinə yetirməyə razılıq verərək 3.000 ABŞ dolları düzəltdi. Mən anamdan xəbərsiz Ruslanın hərəkətlərindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət verdiyimdən keçiriləcək əməliyyat tədbirinə anam da cəlb olundu”.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs Aytən Quliyevadan tələb etdiyi vəsaiti əslində onunla sevgili olduğu vaxt ona xərclədiyini iddia edib. Həmçinin çıxış edən Ruslanın keçmiş həyat yoldaşı V.V keçmiş ərinin tüfeyli həyat tərzi keçirdiyini, hətta öz cinsindən olan şəxsləri evə gətirərək onlarla cinsi əlaqədə olduğunu deyib. Bundan başqa ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin tikinti briqdadasına rəhbərlik etdiyi vaxt müxtəlif şəxslərə məxsus evlərdən külli miqdarda dəyəri olan tikinti materialları, həmçinin başqa qiymətli əşyalar oğurladığı məlum olub. Ruslanın həyat yoldaşı da oğurluq faktlarını təsdiq edib: “Təqsirləndirilən şəxslə birgə nikahdan 2015-ci il təvəllüdlü oğlumuz dünyaya gəldi. Boşanmağımıza səbəb isə Ruslanın tüfeyli həyat tərzi keçirməsi, bəzi vaxtlarda isə yaşadığımız evə kişi cinsindən olan şəxsləri gətirməsi olmuşdu. Ruslanla evlilik üçün tanışlıq ərəfəsində o, mənə və ailə üzvlərimə Dövlət Təhlükəsizlik Xidmətində mayor rütbəsində xidmət apardığını bildirmışdi, Ruslanın valideynləri də bunu təsdiqləmişdi. 2018-ci ilin sentyabr-oktyabr ayında isə Ruslan müxtəlif evlərdən götürdüyü məişət texnikasını, tikinti materiallarını evə gətirib, bir neçə gün sonra harasa aparırdı. Sonradan həmin əşyaların oğurluq olduğunu bildim. 2018-ci ilin oktyabr ayında boşandıqdan sonra Ruslan cehizlərimi qaytaracağına söz vermişdi, cehizlərin saxlandığı Bakı şəhərinin Xətai rayonunda yerləşən anbara Ruslanla gedib baxanda orada armatur tipli dəmir parçaları, ağ rəngli hündür plastik qapı, iki pəncərə və çoxlu başqa sayda əşyalar görsəm də həmin əşyaların kimə məxsus olmasını bilməmişəm. Ruslanla boşanmamıza baxmayaraq o, hazırki günədək min manatlarla hesablanan aliment borcunu ödəməkdən və cehizimi qaytarmaqdan yayınır”.
Məhkəmədə ifadə verən şantaj edilən qadının anası Səkinə Quliyeva qızı barədə qohumlarından xoşagəlməz sözlər eşitdikdən sonra Aytənin Ruslanla sevgili olduğunu və şantaj edildiyini bildiyini söyləyib: “Övladım Aytənin həmin şəxslə intim münasibətləri olması ağlıma belə gəlməyib. 2019-cu il avqust ayının sonlarında Aytən həyəcanlı və gərgin vəziyyətdə yaşadığım Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindəki evə gəlib ağlayaraq qeyri-rəsmi sevgi münasibəti yaşadığı Ruslan tərəfindən döyüldüyünü, sonuncunun onu tora salıb münasibətlərini ərinə deyəcəyi ilə hədələməklə məcburi görüşlərə çağırdığını, Ruslanın mütəmadi olaraq onu güdüb təhdid altında saxladığını dedi. 2019-cu il dekabr ayının 20-dən sonra bacılarım mənə Ruslanın zəng edib Aytən haqqında təhqiramiz fikirlər səsləndirməklə qızımın əxlaqsızlıqla məşğul olduğunu söylədiyini danışdı. Elə həmin il dekabr ayının sonlarında Ruslanın iş yerinə zəng edib Aytənin əxlaqsız hərəkətləri barədə məlumat verməsi səbəbindən qızımın işlədiyi şirkətdən əmək müqaviləsinə xitam verildi. Daha sonra Ruslan Aytənlə aralarındakı münasibətlər barədə onun ərinə xəbər verdi. Ruslan mənə zəng edərək əvvəlcə tələb etdiyi pulu verməsəm oğluma qızımın əxlaqsız həyat tərzi keçirməsini bildirəcəyi ilə hədələdikdə həddindən artıq qorxdum və ona 3 min dollar verməyə razı oldum. O, pulu alıb restorandan çıxarkən polis tərəfindən saxlanıldı”.
Məhkəmədə Ruslan Vəliyevin 5 evdən xeyli miqdarda oğurluq etməsi həmin ev sahiblərinin və fəhlələrin ifadələri ilə də təsdiq edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 177.2.2 (oğurluq, təkrar törədildikdə) və 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək niyyətilə törədildikdə) maddələri ilə təqsirli bilinməsinə və 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə, cəzasını ciddi rejimli müəssisədə çəkməsinə hökm edib.