Prezident “Müstəqillik Günü” və “Müstəqilliyin Bərpası Günü” ilə bağlı dəyişiklikləri TƏSDİQLƏDİ
    • 16-11-2021, 14:35
    • 434

Prezident “Müstəqillik Günü” və “Müstəqilliyin Bərpası Günü” ilə bağlı dəyişiklikləri TƏSDİQLƏDİ

"Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun təsdiqlənib.

News24.az xəbər verir ki, Preizdent İlham Əliyev qanuna dəyişikliyi imzalayıb.

Dəyişikliyə əsasən, “Respublika günü” sözləri “Müstəqillik Günü” sözləri, “Dövlət müstəqilliyi günü” sözləri “Müstəqilliyin Bərpası Günü” sözləri ilə əvəz edilib.