Xarici hərbi attaşelər son hadisələrlə bağlı məlumatlandırıldı
    • 16-11-2021, 17:25
    • 510

Xarici hərbi attaşelər son hadisələrlə bağlı məlumatlandırıldı

Noyabrın 16-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycanda akkreditə olunan xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq təqdim olunub.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Brifinq iştirakçılarına dövlət sərhədində Ermənistan tərəfinin törətdiyi təxribatlar və hazırda mövcud vəziyyət barədə ətraflı məlumat verilib.