Müdafiə Nazirliyi:
    • 5-11-2020, 08:20
    • 577

Müdafiə Nazirliyi: "Ermənistan dövlət sərhədində atəşkəsi pozub"

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Bu barədə News24.az Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.