Bakıda intihara cəhd
    • 18-11-2021, 09:59
    • 376

Bakıda intihara cəhd

Bakının Xətai rayonunda intihara cəhd olub.

Bu barədə News24.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər tikilməkdə olan binanın 6-cı mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.