Təhsil dəyərlərin aşılanmasına xidmət etməlidir- NAZİR
    • 18-11-2021, 13:02
    • 384

Təhsil dəyərlərin aşılanmasına xidmət etməlidir- NAZİR

"İstər dərs yükü, istərsə məzmunun mahiyyəti özündə elmi tədqiqatları ehtiva edən məsələdir".

News24.az-ın məlumatına görə, bunu Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda Təhsil Naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, ümumitəhsilin əsas məqsədi hər bir vətəndaşın önəmli bildiyi dəyərlərin aşılanmasına xidmət etməlidir: "Bunlara Vətən, torpaq anlayışlarının aşılanmasını nümunə deyə bilərik. Fərdi dəyərlərə isə sevgi, dostluq və s. deyə bilərik.

Ayrı-ayrı fənlərin tədrisi  müəyyən mənada köhnəlmiş sistemdir. Layihə əsasında öyrənməyə keçməliyik. Müxtəlif layihələr çərçivəsində məqsədlərə çatmaq uşaqlara təqdim edə biləcəyimiz əsas məsələdir. Dərs yükünün azaldılması məsələsi gələcəyə hesablanmalıdır".