-
- 20-02-2021, 10:18
- 515
Təhsil naziri: "Məktəblər əvvəlkindən daha yaxşı şəkildə bərpa olunur"
"44 günlük Vətən müharibəsi zamanı düşmən 10 nəfər şagirdimizi qətlə yetirib, 20 nəfər müəlmimiz şəhid olub, 54 təhsil müəssisəsi darmadağın edilib".
News24.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, insan itkilərini bərpa edilməsə də, məktəblər əvvəlkindən daha yaxşı şəkildə bərpa olunur: "Qürurverici haldır ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə qoşulanların sırasında 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim şücaətlə mənfur düşmənə qarşı vuruşdu".
Nazir qeyd edib ki, Azərbaycan Ordusunun şanlı qələbəsinin tədris məzmununa üzvi şəkildə inteqrasiyasını təmin etmək məqsədi ilə “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq olunub: "Artıq dərslik müəlliflərimiz və nəşriyyatlar “Qələbə dərsləri” adı altında müxtəlif fənn və sinifləri əhatə edən mövzular hazırlayıb Təhsil İnstitutunun rəsmi səhifəsinə yerləşdiriblər. Müəllimlərimiz bu mövzuları dərslərdə tədris edirlər, həmçinin teledərslərdə də qələbəyə həsr olunmuş süjetlər hazırlanıb".