Yeni müəllimliyə başlayanlar üçün bal sistemi hazırlanacaq - ƏMRULLAYEV
    • 8-05-2021, 16:28
    • 360

Yeni müəllimliyə başlayanlar üçün bal sistemi hazırlanacaq - ƏMRULLAYEV

“Bu il 50 mindən çox müəllim olmaq istəyən şəxslərin işə qəbulda iştirakını gözləyirik".

News24.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, Təhsil Nazirliyinin əsas məqsədi ən bacarıqlı və istedadlı şəxsləri müəllim kimi görməkdən ibarətdir: "Bu imtahanlar məzmunu fənn bilikləri ilə yanaşı, müəllimlik peşəsini yaxşı bilən insanları işə qəbul etmək üçün həyata keçirilir. Peşəyə ilk qəbul olan müəllimlərin əvvəlcə bölgələrə daha sonra isə paytaxt məktəblərində çalışmasını nəzərdə tutan bal sistemini hazırlamağı düşünə bilərik. 

Bakı şəhərində biologiya müəllimlərinin sayı 995, Kimya 673, ibtidai sinif müəllimləri 579, Riyaziyat müəllimlərinin sayı isə 2521-dir".