-
- 18-11-2021, 13:28
- 439
Təhsil naziri: "Kimisə öyrənməyə məcbur edə bilmərik"
"Təhsil elə bir sahədir ki, burada hər rəyi nəzərə almaq həqiqəti əks etdirmir".
News24.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Uşaqların V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, kimisə öyrənməyə məcbur etmək mümkün deyil, lakin motivasiya edici tədbirlər ola bilər: "
Ayrı-ayrı fənlərin müstəqil tədrisi köhnə sistemdir. Biz üzləşdiyimiz problemləri həll etdikdə kompleks düşünür, həyat təcrübəsini tətbiq edirik. Odur ki, bi müasir təhsildən danışırıqsa,metodik olaraq fənn bazasından layihə əsasında öyrənməyə keçməliyik. Artıq 190 mindən artıq uşaq rəqəmsal layihələrə qoşulub. Ümumiləşdirsək, təhsil sahəsində rəqəmsal və yeni müasir tədris metodlarından istifadəyə önəm verməliyik”.