-
- 18-11-2021, 14:28
- 467
Yevlaxda çörək sexində nöqsanlar AŞKARLANDI- FOTO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bərdə regional bölməsinin əməkdaşları Yevlax rayonu, Füzuli küçəsində yerləşən fiziki şəxs Hüseynov Seymur İsmayıl oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib.
AQTA-dan News24.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, normativ hüquqi aktların, sanitariya-gigiyena qaydalarının tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.
Belə ki, müəssisədə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, işçi masaların gigiyenik səthlə təmin olunmadığı, istifadə olunan avadanlıqların, rəflərin təmizliyinə nəzarətin olmadığı və çirk qatı ilə örtüldüyü məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.