Bakıda bazarda faciə yaşandı - ÖLƏN VAR
    • 19-11-2021, 11:14
    • 2 418

Bakıda bazarda faciə yaşandı - ÖLƏN VAR

Ötən gün Bakı şəhər Binəqədi rayonunda dəhşətli hadisə baş verib.

News24.az-ın məlumatına görə, Biləcəri qəsəbəsində yerləşən və "Daş bazarı" adı ilə tanınan tikinti materiallarının alqı-satqı məntəqəsində yük maşınlarından biri ehtiyatsızlığın qurbanı olub. Belə ki, Kamaz markalı yük maşını bazara taxta materialları gətirən Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü Budayev Paşa Qəşəm oğlu taxtaları kipləşdirən ipi kəsərkən taxtalar onun üstünə aşıb. 34 yaşlı sürücü ağır taxta kiplərinin altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.