Bakıda məşhur şirkətdə təmir işi aparan şəxs ÖLDÜ
    • 19-11-2021, 16:10
    • 358

Bakıda məşhur şirkətdə təmir işi aparan şəxs ÖLDÜ

Noyabrın 19-da paytaxtın Sabunçu rayonu ərazisində Xasmət Xadıyevin təmir işləri görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu Rayon Prokurorluğundan News24.az-a verilnə məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayonun Bakıxanov qəsəbəsi ünvanda yerləşən “Baku Elektronics” elektrik avadanlıqlar dükana məxsus binanın damında kondisioner mühərrikinin təmir işlərini görərkən qaz-kislorod balonunun partlaması nəticəsində hündürlükdən yerə yıxılaraq ölüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.