Vaksin olunanların sayı AÇIQLANDI
    • 19-11-2021, 16:46
    • 495

Vaksin olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 573 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 386, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 902, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 21 285 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 234 106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 042 611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 512 674, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 678 821 təşkil edir.