-
- 19-11-2021, 17:09
- 592
Ruhi Əliyeva: “Bu yöndə CİDDİ İŞLƏR aparılmalıdır...”
Hər zaman qadınlara, uşaqlara qarşı haqsızlıqlara susmayan, öz mövqeyini qoyub, yardımlarını əsirgəməyən iş xanımı, “Liatris Holding”in rəhbəri, “Qadına şiddətə son” layihəsinin təşkilatçısı Ruhi Əliyeva bu dəfə də oxşar səpkidə olan verilişdə səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
News24.az-ın məlumatına görə, Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində iş xanımı bu fikirləri səsləndirib:
“Son zamanlar ailələrdə qadınlara, uşaqlara şiddət halları çoxalıb. Bəzən tərəflər boşandıqda bunun travmaları və mənfi fəsadlarının yükü uşaqların üzərinə düşür. Hesab edirəm ki, bu, çox böyük bir problemdir. Bu yöndə ciddi işlər aparılmalıdır. Problemlərin kökündə isə təhsilin zəif olması, vətəndaşların hüquqlarını bilməməsi dayanır. Müxtəlif səbəblərdən ailələrdə baş verən gərginliklərin qurbanı uşaqlar olur. Bir insan kimi bu hallar mənə çox pis təsir edir. Çox istərdim ki, valideynlər öz üzərindəki məsuliyyəti dərk etsinlər. Dünyaya gətirdikləri övladlarına şəxsiyyət kimi yanaşsınlar. Uşaqların cəmiyyətə yararlı bir fərd, kamil insan kimi yetişməsi birbaşa valideynlərin tərbiyəsi və və davranışından asılıdır”.