Təhsil naziri: "60-a yaxın məktəbə İSTİLİK VERİLMİR
    • 20-11-2021, 11:29
    • 640

Təhsil naziri: "60-a yaxın məktəbə İSTİLİK VERİLMİR"

“Bizim təxminən 60 faizə qədər məktəbimiz qazla isidilir. Digər məktəblərimiz odun və digər yanacaq növləri ilə qızdırılır. Şəhər məktəblərində müxtəlif səbəblərdən istilik problemi var”. 

News24.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, 60-a qədər məktəbdə istiliklə bağlı problemlər olub: "Bəzi məktəblərin daxilində müəyyən problemlər olub, aradan qaldırılır. Bakıda 85-90 faiz məktəbdə istilik var. Digər məktəblərdə isə qarşıdakı həftələrdə aidiyyəti qurumlarla birgə problemlər aradan qaldırılacaq”.