-
- 22-11-2021, 11:45
- 558
Azərbaycanda xəstə həkimin başına oyun açdı – Pullarını və bank kartlarını oğurladı
Noyabrın 17-də Abşeron rayon Məhkəməsində Xırdalan şəhərində yerləşən poliklinikada həkimin pul kisəsini oğurlayan Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Vüsalə Məmmədova (şərti adlı) barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Cinayət Məcəlləsinin 177.2.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 177.2.3-1 (Oğurluq - elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) və 326-ci (Rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə təqsirləndirilən qadın törətdiyi əməli etiraf edib və cinayəti əvvəlcədən planlaşdırmadığını deyib:
“Xırdalanda ailə üzvülərimlə birlikdə yaşayıram, şəkərli diabet xəstəsi olduğu üçün hər ay Abşeron rayon poliklinikasından dərman götürürəm. Hadisə baş verən gün saat 10 radələrində dərman götürmək üçün Abşeron rayon Poliklinikasına getmişdim, həmin vaxtı poliklinikanın 2-ci mərtəbəsində 37-ci otağın qapısının açıq olduğunu görüb otağa daxil oldum. Otaqda stolun üstündə olan əl çantasının içindən qara rəngli pul qabını götürüb otaqdan çıxıb getdim. Poliklinikadan uzaqlaşdıqdan sonra pul qabını açdım və içərsində 140 manat pul, bir ədəd Beynəxalq banka məxsus kart və şəxsiyyət vəsiqəsi vardı. Karta məxsus kod yazılmış kağızda pul qabının içərisində idi. Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Yelobanka” məxsus bankomat vasitəsi ilə oğurladığı kartın balansından həmin gün saat 10:24-də 485 manat, saat 10:29-da isə 500 manat pul olmaqla iki dəfəyə ümulikdə 985 manat pul çıxardım. Beynəxalq banka məxsus kartı pul qabına qoyub içində şəxsiyyət vəsiqəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində xatırlamadığı ünvanda zibil qabına atdım. 140 manat və kartdan çıxardığı 985 manat pulu öz şəxsi ehtiyaclarıma xərclədim. Hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyan tam ödənilib”.
Zərərçəkən həkim də ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini bildirib.
Məhkəmə V.Məmmədovanın 2 il 10 ay müddətində azadlığının məhdudlaşdırılmasına qərar verib.
O, cəzasını çəkdiyi müddətdə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə axşam gecə saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini və Bakı şəhəri, Abşeron rayonu hüdudlarını tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirməli və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməməli, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmalıdır.