Nazir müavini: "Təhsil tələbə kreditləri birbaşa tələbəyə verilmir"
    • 25-11-2021, 12:23
    • 546

Nazir müavini: "Təhsil tələbə kreditləri birbaşa tələbəyə verilmir"

“Təhsil tələbə krediti sisteminin istifadəyə verilməsi təhsilə olan qayğının göstəricisidir. Bütün ölkələrdə bu sistem dövlət tərəfindən supsidiyalaşdırılır və dəstəklənir".

News24.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə krediti sisteminin istifadəyə verilməsinə dair brifinqdə bildirib.

O qeyd edib ki, bu kredit bütün ölkələrdə uzunmüddətli kreditdir və aşağı faizlərlə verilir: "Təhsil tələbə kreditləri banklar vasitəsilə verilir və birbaşa tələbəyə verilmir, onun təhsil aldığı müəssisənin hesabına köçürülür".

Nazir müavini bildirib ki, bu sistem tələbələrə geniş imkanlar açır və təhsilin əhatə dairəsini daha da genişləndirir.