Elşad Hacıyev: “Qadınlara şiddətlə bağlı görüləsi işlərimiz çoxdur
    • 25-11-2021, 18:50
    • 756

Elşad Hacıyev: “Qadınlara şiddətlə bağlı görüləsi işlərimiz çoxdur"

“Qadınlara şiddətlə bağlı görüləsi işlərimiz çoxdur".

News24.az-ın məlumatına görə, bunu “Qadına şiddətə son” adlı tədbirdə Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, cari ildə 102 zəng mərkəzinə məişət zorakılığı ilə bağlı 7 min 647 şikayət olub: " Qadınların ərləri tərəfindən 4052 döyülmə hadisəsi qeydə alınıb.  İnzibati xətalar məcəlləsinin 39-cu maddəsininə əsasən, bu səpkidə olan 1807 işə xitam verilib. 4647 ailə profilaktik uçota götürülüb".

Din sözçüsü vurğulayıb ki, ailə, cəmiyyət dəyərlərinə mühafizəkar prinsiplə yanaşmalıyıq.