-
- 27-11-2021, 13:32
- 514
Bugünədək 2 500-dən çox AĞAC ƏKİLDİ - FOTOLAR
Abşeronda növbəti dəfə genişmiqyaslı ağacəkmə tədbiri keçirilib
News24.az xəbər verir ki, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" ağacəkmə kampaniyasına digər qurumların əməkdaşları da qoşulub.
Ekologiya və Təbii Sərvətlər və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmilərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin iştirak etdiyi aksiya zamanı Bakının Xocasən qəsəbəsinin 3 hektar ərazisində Abşeron yarımadasının iqliminə uyğun 2500-dən çox müxtəlif cinsli ağac əkilib.
ETSN ağacəkmə kampaniyasına yüksək fəallıqla qoşulan bütün tərəfdaşlara, dövlət və özəl qurumlara, media və ictimaiyyət nümayəndələrinə dərin təşəkkürünü bildirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti