-
- 29-11-2021, 14:56
- 998
Bali adasında dincələn azərbaycanlı biznesmenin başına oyun açdılar - ŞOK FAKTLAR
Noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Balakən rayon sakini, 1981-ci il təvəllüdlü Fazil Abayev barəsində Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, məhkəmə zamanı Fazilin tanışı Baxış Əliyev vasitəsilə ona etibarnamə ilə verilən və iş adamı Səbuhi Sadıqova (soyadlar şərtidir) məxsus olan lüks avtomobili satması məlum olub.
Belə ki, S.Sadıqov İndoneziya Respublikasının Bali adalarına 9 gün müddətinə istirahətə getdiyi özünə məxsus olan “Chevrolet Camaro” markalı avtomobili müvəqqəti idarə etmək üçün tanışı Baxışa etibarnamə verib, Baxış isə 15 illik dostu Fazilə də etibarnamə verilməsini istəyib. S.Sadıqov İndoneziyaya gedən kimi Fazil ailəsini aparmaq adı ilə bahalı götürüb vəd verib aldadaraq həmin gün avtomobili Bakı şəhəri, Binəqədi rayonunda 55 min amant dəyəri olan “Chevrolet Camaro” markalı avtomobili lombarda girov qoyub 16500 ABŞ dolları və 3000 manat pul götürüb. Beləliklə o, S.Sadıqova 55000 manat dəyərində ziyan vurmaqla dələduzluq edib.
Ölkəyə qayıdan iş adamı avtomobilinin artıq satışa qoyulduğunu və özgəninkiləşdirildiyini görərək hüquq-mühafizə orqanlarına müraciət edib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Fazil Abayevi 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.