Oktyabrda yaşa görə sosial müavinət alanların sayı açıqlandı
    • 30-11-2021, 09:57
    • 329

Oktyabrda yaşa görə sosial müavinət alanların sayı açıqlandı

2021-ci ilin oktyabr ayı ərzində yaşa görə aylıq sosial müavinət alanların sayı 113 min nəfərdən çox olub

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən News24.az-a verilən məlumata görə, onlarin 15,1%-ni kişilər, 84,9%-ni isə qadınlar təşkil edib.