-
- 30-11-2021, 16:45
- 454
Əziz Səncər Diasporla İş üzrə Dövlət Komitəsində oldu
Dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Səncər Diasporla İş üzrə Dövlət Komitəsində olub və komitənin kollektivi ilə görüşüb.
News24.az xəbər verir ki, qonağı salamlayan komitə sədri Fuad Muradov onu yenidən ölkəmizdə görməkdən məmnunluq duyduğunu bildirib.
O, Əziz Səncərin həyatının, elmi fəaliyyətinin və türk dünyasının mənəvi birliyi üçün gördüyü işlərin gənclərimizin milli-mənəvi dəyərlərə sədaqət, vətənpərvərlik ruhunda yetişməsində, qloballaşan dünyada elmə, təhsilə olan marağın artmasında böyük stimul olduğunu vurğulayıb. Komitə sədri Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyəti sahəsində gördüyü işlərə görə Əziz Səncərə xüsusi təşəkkür edib.
Görüşdə iştirak edən Humboldt mükafatı almış ilk azərbaycanlı riyaziyyatçı, professor Məsud Əfəndiyev son illər diaspor quruculuğu sahəsində görülən işləri yüksək qiymətləndirib, Əziz Səncəri Azərbaycanın böyük dostu adlandırıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Əziz Səncər eyni soykökə, milli və ortaq dəyərlərə əsaslanan Türkiyə-Azərbaycan dostluğundan, qardaşlığından söz açıb, türk dövlətləri arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün əlindən gələni etməyə hazır olduğunu və hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb, Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti ilə bağlı tövsiyələrini verib.
Görüşün sonunda xatirə şəkli çəkilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 10 sentyabr 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Səncər “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.