-
- 1-12-2021, 16:40
- 429
“Tələbə təhsil krediti gənclərin arzularını reallaşdıran yeni imkandır” – Rəylər
Artıq tələbələrin çoxdandır gözlədiyi məqam yetişdi. Təhsil kreditinə müraciətlərin qəbuluna start verildi. Uzun zamandır yolu gözlənilən və təhsil sahəsində mühüm hadisə kimi qiymətləndirilən təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır.
News24.az olaraq mövzunun ictimai aspektdən necə dəyərləndirildiyini öyrənmək məqsədi ilə millət vəkillərinin, iqtisadçı ekpertlərin fikirlərini almışıq.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov: “Dünya ölkələrində bu gün ən mühüm məsələlərdən biri təhsilin əlçatan olmasıdır. Bu baxımdan tələbələrə təhsil kreditlərinin verilməsi qərarı təhsilin hamı üçün əlçatanlığına ciddi təsirini göstərəcək. Bu addım universitetlərə də təsirsiz ötüşməyəcək. Tələbə təhsil haqqını ödəyə bilmirsə və təhsilini davam etdirmirsə, bu, ali təhsil müəssisəsi üçün həm tələbə, həm də vəsait itkisi deməkdir. Bu qərar az da olsa ali məktəblərin maliyyələşməsinə təkan verəcək, rəqabət mühiti yaradacaq. Həmçinin valideynlərin yükünü nisbətən azaldacaq. Çünki elə ailələr var ki, iki-üç övladı ali məktəbdə təhsil alır, onların həm təhsil haqqını, həm də kirayə pulunu və digər xərclərini ödəmək çətinlik yaradırdı. Amma bu, artıq valideynlərə və gənclərimizə imkan verəcək ki, onlar dövlətimizin yaratdığı şəraitdən istifadə edərək təhsil haqqlarını ödəsinlər, iş həyatına qayıtdıqdan sonra kreditləri dövlətimizə qaytarsınlar. Bundan başqa, Təhsil Tələbə Krediti Fondunun verəcəyi kredit üçün şərtlərin olması sistemli işdən xəbər verir”.
İqtisadçı ekspert Natiq Cəfərli: "Burada iki önəmli məsələ var. Tələbənin kreditlə ali məktəbi bitirdikdən sonra çalışması və krediti necə qaytarması məsələsi ortaya çıxır. Ona görə də işlə təminat, təyinatlarla bağlı ciddi proqramlara ehtiyac var. Proqramlar fonunda tələbə kreditlərinin verilməsi daha doğru olar".
Milli Məclisin deputatı, iqtisadçı Azər Badamov: “Tələbə təhsil krediti dövlət tərəfindən tələbələrə təhsillərini davam etməsi və başa vurması üçün yaradılan yeni bir imkandır. Düşünürəm ki, bütün tələbələrin keyfiyyətli təhsillə təmin olunmasında tələbə təhsil kreditləri xüsusi rol oynayacaq. Həm də tələbə təhsil kreditlərinin verilməsi oxuyan tələbələr üçün rəqabət mühiti yaradacaq. Bütün tələbələr tələbə təhsil kreditindən yararlanmaq üçün göstərilən kriteriyalara cavab verməyə çalışacaqlar. Bu da öyrədilənlərin daha yaxşı mənimsənilməsinə təkan verəcək, gənclərin ixtisaslı mütəxəssis kimi formalaşmasına geniş imkan yaradacaq. Tələbə təhsil krediti gənclərimizin təhsillə bağlı arzularının reallaşdırılmasına yol açacaq".