Təhsil tələbə kreditlərinə müraciətlər başlanılır
    • 25-11-2021, 14:47
    • 507

Təhsil tələbə kreditlərinə müraciətlər başlanılır

Noyabrın 25-dən təhsil tələbə kreditini üçün müraciətlərin qəbuluna başlanılıb.

News24.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinə müraciətlərin başlanılması ilə bağlı brifinqdə deyib.

Nazir müavini qeyd edib ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığın təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə uzun müddətə verilir.

Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.