Şabranda 1 yaşlı uşaq TUALETƏ DÜŞƏRƏK ÖLDÜ
    • 2-12-2021, 09:58
    • 831

Şabranda 1 yaşlı uşaq TUALETƏ DÜŞƏRƏK ÖLDÜ

Şabran rayonunda bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, hadisə dekabrın 1-də rayonun ferma ərazisində qeydə alınıb.

Belə ki, 2020-ci il təvəllüdlü Ümid Muradov ehtiyatsızlıqdan müvəqqəti istifadə üçün nəzərdə tutulan tualetin quyusuna düşərək ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. /Report/