Azərbaycanda GÜCLÜ KÜLƏK əsəcək
    • 3-12-2021, 12:41
    • 437

Azərbaycanda GÜCLÜ KÜLƏK əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

News24.az xəbər verir ki, dekabrın 5-6-da Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 5-6-da ölkə ərazisində cənub-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.