Bakıda qayın gəlini şantaj edib dəfələrlə cinsi əlaqədə oldu – ŞOK TƏFƏRRÜAT
    • 3-12-2021, 13:21
    • 2 887

Bakıda qayın gəlini şantaj edib dəfələrlə cinsi əlaqədə oldu – ŞOK TƏFƏRRÜAT

Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkotik vasitələri talama və hədə-qorxu ilə tələbetmə və cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirməyə cəhddə təqsirləndirilən Bakı şəhər sakinləri, 1995-ci il təvəllüdlü Kəmalə Nəzərova (ad və soyadlar şərtidir) və 1978-ci il təvəllüdlü Nurəli Məmmədov barəsində açılmış cinayət işləri üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Nurəligil 4 qardaşdır və onların 3-ü narkotik vasitələrlə bağlı həbsxanadadır. Daha əvvəl də məhkum olunmuş Nurəli bu işə qardaşının həyat yoldaşı, 25 yaşlı Kəmaləni də cəlb edib.
Belə ki, qardaşı arvadının başqa şəxslə sevgili olmasını öyrənən Nurəli onu hədələyərək biabır edəcəyini deyib və Kəmalənin həyat yolaşına məxsus narkotik vasitələri hissə-hissə oğurlayaraq ona verməyə, eləcə də doğma qardaşının arvadı ilə daimi cinsi əlaqəyə girməyə başlayıb. Böyük qaynının hədələrinən qorxan və 4 yaşında övladı olan qadın ərinin evdə gizlətdiyi narkotikləri tədricən oğurlayaraq qaynına verib. Nurəli həbs olunduqdan sonra isə o, qaynı üçün həbsxanaya narkotik vasitə göndərməyə başlayıb.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilən 25 yaşlı Kəmalə də narkotik vasitə aludəçisidir. O, ifadəsində narkotikaya qurşanması, qaynının onu şantaj edərək daimi cinsi əlaqəyə vadar etməsi və həbsxanaya narkotik göndərməsi barədə istintaqda etirafedici fikirlər səsləndirib:

“2015-ci ildə Suraxanı sakini Elnurla ailə həyatı qurmuşam, bu nikahdan 4 yaşında oğlum vardır. Ərimgil 4 qardaşdırlar, onlardan Nurəli və Əsgər hazırda həbsdədirlər, onlar da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün həbs olunublar. Anam 6 il əvvəl ürək tutmasından vəfat edib, atam mənim 3 yaşım olanda bizi atıb. Həmin vaxtdan anamın himayəsində yaşamışam, çox kasıbçılıqla və imkansızlıq içində yaşamışıq, buna görə də təhsilimi davam etdirə bilmədim, 2-ci sinfə qədər oxumuşam. Heç bir yerdə işləmirəm, hazırda qaynanamın təqaüdü ilə dolanırıq. Ərim də narkotik vasitəyə görə tutulub, hazırda işi Suraxanı məhkəməsindədir.

Mənim həm də Riad adlı şəxslə münasibətim var, onunla telefon vasitəsi ilə tanış olmuşam. Riadla bir dəfə onun yaşadığı “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən evində görüşüb cinsi əlaqədə olmuşam. Hazırda da Riadla mobil telefon vasitəsilə danışırıq, o, ev ustası işləyir. Mənim gizli münasibətimdən böyük qaynım Nurəli xəbər tutmuşdu. Bir dəfə Riadla telefonla danışanda qaynım bunu eşidib və buna görə də məni hər dəfə şantaj edirdi ki, bunu ailə üzvlərimizə deyəcək. Buna görə də qaynım Nurəli mənə onunla cinsi əlaqədə olmağı təklif etmişdi. Məndə fikirləşmişdim ki, əgər Nurəlinin təklifi ilə razılaşmasam məni biabır edə bilər. 4 yaşlı oğlum var, çox qorxurdum. Buna görə də Nurəli ilə razılaşdım və hər dəfə Nurəli istəyən vaxt yaşadığımız evdə onunla cinsi əlaqədə olurdum. Bundan sonra, 2020-ci ilin səhv etmirsə mart ayında Nurəli narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün polis tərəfindən tutuldu və hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılır. Ərim isə 2020-ci ilin noyabr ayında Suraxanı polisi tərəfindən həbs olundu, daha sonra zaminə buraxıldı və bir müddət əvvəl yenidən tutulub. Mən də narkotik vasitə olan heroin və metafetamindən istifadə etmişəm. Nurəli həbs olunduqdan sonra bir neçə dəfə təcridxanadan evə zəng edib mənimlə danışıb və ona narkotik vasitə gətirməyi tapşırıb, gətirməsəm intim münasibətlərimizi ərimə deyəcəyi ilə hədələyib. Mən də biabır və rüsvay olmamaq üçün Nurəlidən çox qorxurdum, bilirdim ki, əgər Nurəlinin dediklərini yerinə yetirməsəm, Nurəli bunu ərimə və ailə üzvlərimə deyəcək. Buna görə də mən Nurəliyə haradan narkotik vasitə tapa biləcəyimi soruşduqda, Nurəli məni başa salırdı ki, ərim özünə narkotik vasitə alanda az-az həmin narkotikən oğurlayıb yığıb saxlayım, özü deyəndə təcridxanaya göndərim. Mən də öz növbəmdə qorxaraq Nurəlinin dediyi kimi, yanvar ayının ortasından ərimin istifadə etdiyi narkotik vasitələrdən əri evdə olmadığı vaxtlarda az-az oğurlamağa başladım, yığıb topladım, lakin neçə qram heroin və metamfetamin oğurladığımı bilmirəm. Bundan sonra, 05 fevral 2021-ci il tarixdə qaynım Nurəli təcridxanadan zəng edərək dostu Xosrovun onlara sovqat gətirəcəyini dedi, mənə də tapşırdı ki, evdə olan qış gödəkçəsinin astarını sökərək həmin narkotik vasitələri ora yerləşdirim”.

Təqsirləndirilən qadın qaynının dediyi kimi paltarın içində ona narkotik vasitə göndərdiyini, lakin təcridxana əməkdaşlarının soxqata baxış keçiridyi vaxt narkotik vasitələri aşkarladığını deyib.
Məhkəmədə ifadə verən Nurəli Məmmədov Kəmalənin kiminləsə münasibətinin olduğunu bilmədiyini, onu hədələmədiyini, cinsi əlaqədə olmadığını deyib. O, həmmçinin qeyd edib ki, narkotiki gödəkçənin içinə özü əvvəlcədən, yəni həbs olunmamışdan əvvəl yerləşdirib və Kəmalədən paltarı sadəcə dostuna verməsini istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Kəmalə Nəzərovanın dekabrın 2-də məhkəmə zalındaca həbs edilməsinə, 9 il müdətinə azadlıqdan məhrum edilməsinə, cəzasını ciddi rejimli müəssisədə çəkməsin və məcburi narkoloji müalicə almasına qərar verib.

Daha əvvəl həbs edilmiş Nurəli Məmmədovun cəzası isə artırılaraq 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.