Bakıda əri ilə görüşə gedən qadının alt paltarından çıxanlar hamını şoka saldı
    • 31-07-2019, 12:45
    • 1 059

Bakıda əri ilə görüşə gedən qadının alt paltarından çıxanlar hamını şoka saldı

Bakıda həbsxanada olan əri ilə görüşə gedərkən saxanılan qadın barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Binəqədi rayonunda cəzaçəkmə müəssisəsinə alt paltarında narkotikkeçirməyə çalışan M. Xəlilzadə barəsində Cinayət Məcəlləsinin 234.2-ci, yəni, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma maddəsi ilə açılan işin materialları Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Vüsal Tağıyevin sədriyi ilə baxılacaq. Hazırlıq iclas avqustun 8-nə təyin edilib.

Qeyd edək ki,  Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəsisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələrinə əsasən 4 il 1 ay müddətinə azadlıqdan məhrum olunan məhkum R. Xəlilzadə ilə uzunmüddətli görüşə gələn arvadı Bakı şəhər sakini M. Xəlilzadənin əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 0,206 qram "Heroin” aşkar edilıb.