Bakıda kafe və aptekdən OĞURLUQ EDİLDİ
    • 4-12-2021, 12:43
    • 390

Bakıda kafe və aptekdən OĞURLUQ EDİLDİ

Bakıda kafe və aptekdən oğurluq olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən dekabrın 1-nə keçən gecə Səbail rayonu ərazisindəki kafelərin birindən pul oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini K.Fərzəliyev saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun dekabrın 2-nə keçən gecə metronun Koroğlu stansiyasında yerləşən bir aptekdən 300 manat pul oğurlaması da müəyyən edilib.