Bu il Azərbaycanda girov götürülən olmadı
    • 7-12-2021, 10:44
    • 296

Bu il Azərbaycanda girov götürülən olmadı

"Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda adamların girov götürülməsi faktı qeydə alınmayıb”.

Bunu News24.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin ötən dövründə cinayətlərin açılma faizi orta hesabla 90 faizə yaxındır: “Elə cinayətlər var ki, xüsusən şəxsiyyət əleyhinə olan cinayətlərin 100 faiz açılması təmin edilib. Bu il adamların girov götürülməsi faktı qeydə alınmayıb”.