“Bakubus” və 165 saylı marşrut avtobusu dəhşətli qəza törətdi – VİDEO
    • 8-12-2021, 11:19
    • 800

“Bakubus” və 165 saylı marşrut avtobusu dəhşətli qəza törətdi – VİDEO

Dünən gün ərzində Bakıda marşrut avtobuslarının iştirakı ilə ağır yol qəzaları baş verib.

News24.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində - Varovski adlanan yaşayış massivində 165 saylı marşrut avtobusu ilə minik avtomobili toqquşub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb, avtobus və avtomobil yararsız hala düşüb.

Oxşar hadisə axşam saatlarında Yasamal rayonu ərazisində də baş verib. “Bakubus”a məxsus olan 17 saylı marşrut avtobusu ilə minik avtomobili toqquşub və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Hadisələri əks etdirən görüntüləri təqdim edirik.