-
- 8-12-2021, 13:07
- 462
Çikaqoda yaşayan həmvətənlimiz şəhid ailələrinə yardım üçün 200 min dollar ianə edib - FUAD MURADOV
"Bizim işlərimizin əksəriyyəti YAŞAT" Fondunun tanınması və inkişafına dəstək olub. "26 iyun- Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü" münasibətilə İstanbul şəhərində təşkil edilmiş mərasimdə Komitə əməkdaşları, Azərbaycanın İstanbuldakı konsulluğunun, dünya azərbaycanlılarının ikinci toplantısı üçün İstanbula gələn Azərbaycanlıların Koordinasiya Şuralarının, Azərbaycan evlərinin təmsilçiləri, Türkiyədə hərbi təhsil alan 37 azərbaycanlı kursant, qardaş ölkədə müalicə olunan 31 qazi, eləcə də onların ailə üzvləri iştirak edib".
News24.az-ın məlumatına görə, bunu "YAŞAT" Fondunun 1 illik fəaliyyətinə dair mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
F.Muradov bildirib ki, Türkiyənin Milli Müdafiə Universitetinin prorektoru ilə yanaşı, 4 general və professorlardan, ümumilikdə 12 nəfərdən ibarət nümayəndə heyəti İstanbuldakı tədbirə qatılıblar.
Komitə "YAŞAT" Fonduna ianə köçürmələri üçün Azərbaycan diasporuna çağırış edib. Bu mühüm çağırış nəticəsində 29 aprel - 31 may 2021-ci il tarixində Azərbaycan diasporunun yüksək fəallığı ilə müşayiət olunan "YAŞAT" Xeyriyyə marafonu baş tutub. Marafon 7 saata yaxın müddətdə Azərbaycan Televiziyası ilə nümayiş olunub və nəticələr ictimaiyyətə açıqlanıb".
O, əlavə edib ki, ABŞ-ın Çikaqo şəhərində yaşayan həmvətənlimiz Türyan Rafaellinin təşəbbüsü ilə özü və dostları tərəfindən "Şəhid ailələrinə yardım" adlı geniş ianə kampaniyası başladılıb, 200 min ABŞ dolları ianə toplanıb. Həmin vəsait Azərbaycan Diasporuna Dəstək Fondunun vasitəsi və təşkilatçıların nümayəndələrinin iştirakı ilə şəhid ailələrinə çatdırılıb".
Məhərrəm ƏLİYEV
Foto: Teymur MƏMMƏDOV