Fuad Muradov Ukraynadakı diasporu barışdırdı - Koordinasiya Şurası yaradılır
    • 19-07-2018, 20:00
    • 1 076

Fuad Muradov Ukraynadakı diasporu barışdırdı - Koordinasiya Şurası yaradılır

Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov ilk böyük addımını atıb.

Bir neçə gün əvvəl Avropa turnesinə çıxan komitə sədri Almaniya səfərinin ardınca Ukraynaya gəlib. Məlum olduğu kimi, azərbaycanlıların ən çox yaşadığı ölkə olan Ukrayna həm də tarixən bu ölkədə güclü diasporası ilə tanınıb. Son beş-altı ilə qədər Ukraynadakı Azərbaycan diasporu dünyanın ən güclü diasporalarından biri sayılıb.

Lakin keçmiş komitə sədri Nazim İbrahimovun dönəmində həm də onun birbaşa təşkil etdiyi intiriqalarla bu ölkədəki Azərbaycan diasporu paramparça vəziyyətə düşmüşdü. Demək olar ki, son 5-6 ildə iki böyük hissəyə bölünərək Rövşən Tağıyevlə Hikmət Cavadovun ətrafında birləşən Ukrayna Azərbaycanlıları Konqresi ilə Ukrayna Azərbaycancılıların Birləşmiş Təşkilatı Azərbaycanın bu ölkədəki səfirliyinin yaratdığı üçbucaqla konkret bir-birini didmək, ziddiyyəti və parçalanmanı daha da dərinləşdirməklə məşğul olurdular.

//Qafqazinfo