Azərbaycanda sabiq müstəntiqin ofisdə qətli ilə bağlı rəsmi məlumat
    • 26-11-2018, 13:58
    • 960

Azərbaycanda sabiq müstəntiqin ofisdə qətli ilə bağlı rəsmi məlumat

Daxili İşlər Nazirliyi Neftçala rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.

Noyabrın 24-də Neftçala rayonunda rayon sakini Vaqif Kəlbiyevin üzərində bıçaq xəsarətləri olan meyiti yaşadığı evin qarşısında tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən V.Kəlbiyevin qohumu, Aşağı Surra kənd sakini, əvvəllər məhkum olunmuş İbrahim İbrahimov saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən şəxslə İ.İbrahimov bacanaq olub. 1956-cı ildə anadan olan Vaqif Kəlbiyev sovetlər dönəmində Rusiyanın DİN orqanlarında xidmət edib, SSRİ dağıldıqdan sonra isə doğulduğu Neftçala rayonuna dəyişilərək uzun illər Neftçala Rayon Polis Şöbəsində müstəntiq işləyib. O, 2011-ci ildə yaş həddinin tamam olması ilə əlaqədar pensiyaya çıxıb.

Məlumata görə, İ.İbrahimov bacanağını həyətindəki hüquq yardımı ofisində bıçaqlayaraq öldürüb.

//Anews.az