Metroda vəfat edən şəxs BDU-nun baş müəllimi imiş - FOTO
    • 9-12-2021, 12:06
    • 265

Metroda vəfat edən şəxs BDU-nun baş müəllimi imiş - FOTO

Bu gün səhər saatlarında metronun “28 May” stansiyasında vəfat edən şəxs Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi Əhməd Babayev olub. 

Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, 72 yaşlı müəllimin qəfildən halı pisləşib və vəfat edib. 

Ə.Babayevin 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başladığı, 65-dən çox elmi əsərin, 2 metodiki vəsaitin müəllifi olduğu bildirilir. /Qafqazinfo/