Tanınmış dilçi Yaşar Məmmədli vəfat etdi - Foto
    • 20-07-2021, 10:54
    • 541

Tanınmış dilçi Yaşar Məmmədli vəfat etdi - Foto

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Yaşar Əliş oğlu Məmmədli vəfat edib.

Universitetdən News24.az-a verilən məlumata görə, 64 yaşında dünyasını dəyişən Yaşar Məmmədli 1979-1985-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1990-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 2006-cı ildən BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti idi.