-
- 17-07-2018, 10:10
- 2 229
Xatirə Sevil və Sevinc bacıları ilə barışdı: "5 müğənnidən biri olduğumu bildirdilər"
Müğənni Xatirə İslam qalmaqal yaşadığı həmkarları Sevil və Sevinc Səfərovalar ilə barışdığını bildirib.
İfaçı bu barədə şəxsi instagram hesabında məlumat verib:
“Sevil-Sevinc bacıları mənə mesaj yazaraq məsələnin əslində başqa cür olduğunu dedilər. Haqqında dedikləri ən gözəl fikirlərin efirə getmədiyini, məni sevdiklərini, maşında dinlədiklərini və onlar üçün 5 müğənnidən biri olduğumu bildirdilər. Mən də onlara inandım.
Kinsiz insanam, gəncləri çox sevirəm və hər kəsdən xahiş edirəm ki, sənət aləminə yeni gələnləri istifadə etməyək. Onlara düşmən yox, dost qazandıraq.
Nə isə oldu, keçdi. Bu gündən hər birimiz böyük-kiçik yeri bilək. Bir-birimizə hörmət edək, inanaq və güvənək. Mən böyüklərə hər zaman hörmətlə yanaşmışam. Buna görə də xoşbəxtəm. Bu məsələ bağlandı”.
Qeyd edək ki, Xatirə İslam və Sevil-Sevinc arasında qalmaqal “ATV maqazin 10larla” verilişindən sonra başlayıb.
Belə ki, əkizlər Xatirə İslama yeni fotosessiya etdirməyi məsləhət görüb, daha sonra isə onun yeni mahnısının Damlanın son bəstəsinə bənzədiyini deyiblər.
Teymur Məmmədov