Lerikdə meşədə yanğın olub
    • 9-12-2021, 14:45
    • 435

Lerikdə meşədə yanğın olub

Lerikdə meşə ərazisində yanğın olub.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Brkandul kəndi yaxınlığında dağ-meşə ərazisində təqribən 1 ha sahədə xəzəl və qurumuş ağac kötükləri yanıb. Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın FHN-in mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.