Gəncədən Türkiyəyə işləməyə gedən qadın geriyə dönəndə ŞOK YAŞADI – TƏFƏRRÜAT
    • 10-12-2021, 13:38
    • 735

Gəncədən Türkiyəyə işləməyə gedən qadın geriyə dönəndə ŞOK YAŞADI – TƏFƏRRÜAT

Gəncə şəhərində ötən ilin avqustunda Türkiyəyə işləməyə gedən qadının evi talanıb.

News24.az-ın məlumatına görə, şəhər sakini İlhamə Abdullayeva Kəpəz rayonu Səməd Vurğun küçəsində yerləşən mənzilini qohuu və qonşusu olan maniya adlı qadına tapşıraraq ölkədən gedib. Bu ilin mart ayının 20-dən dekabrın 4-dək olan müddətdə isə naməlum şəxs və ya şəxslər mənzilə daxil olaraq hissə-hissə evdəki bütün dəyərli əşya və avadanlıqları oğurlayıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluğun həmin məhəllədə yaşayan Xəyal adlı şəxs tərəfindən törədilməsi məlum olub və o tutulub. Xəyal Məmmədov barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq- yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə iş açılıb.

Məlum olub ki, Xəyal qadının evinə ilk dəfə Novruz bayramı gecəsi saat 03 radələrində daxil olub. O, evdən ümumilikdə 13300 manatlıq əşya və avadanlıq oğurlayıb və həmin əşyaları müxtəlif yerlərdə satıb.

Evin həvalə edildiyi şəxs oğurluq hadisəsini görəndən sonra mənzil sahibinə xəbər verib. Zərərçəkən qadın Azərbaycana qayıdaraq baş vermiş hadisə ilə bağlı polisə müraciət edib və Xəyal Məmmədov həbs edilib.