Bakıda qadın həmcinsinin evinə daxil oldu və… - ŞOK CİNAYƏT – FOTO
    • 2-01-2020, 20:26
    • 650

Bakıda qadın həmcinsinin evinə daxil oldu və… - ŞOK CİNAYƏT – FOTO

Bakıda oğurluqla məşğul olan qadın barəsində Ali Məhkəməyə müraciət daxil olub.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü, yəni, oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə maddəsi ilə ittiham edilən Hüseynova Nigar Eldar qızı barəsindəki hökmün dəyişdirilməsi tələb edilib. İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, keçən il Qaradağ rayonu Lökbatan qəsəbəsində isə Gülzadə Xəlilovaya məxsus mənzildən oğurluq edilib. Bu barədə ev sahibi 10-cu polis bölməsinə məlumat verib. Şikayətçi evdə olmadığı vaxt mənzilindən 5320 manatın və 3375 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Nigar Hüseynova tərəfindən törədildiyi məlum olub və o, saxlanılıb.
Nigar Hüseynovanın ətrafında aparılan araşdırma zamanı onun Yasamal rayonunda da bir mənzildən oğurluq etdiyi məlum olub. Bütün faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.