Kürdəmirdə dəmir yolu xəttindən oğurluq edən şəxslər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsi və Yevlax Xətt Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqustun 21-dən 24-dək olan müddətdə Kürdəmir rayonunun Sığırlı dəmir yolu xəttindən 200 metr dirəklərarası naqil, Padar-Qarasu dəmir yolu xəttindən 180 metr tros və Pirsaat-Hacıqabul dəmir yolu xəttindən 50 metr tros oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş A.Mövlanov və qardaşı saxlanılıblar.
11:44
11:28