Məşhurlarımız “ikinci Allah” adlı falçıdan kömək istəyib? – Yalanı üzə çıxdı
    • 26-11-2018, 18:00
    • 2 869

Məşhurlarımız “ikinci Allah” adlı falçıdan kömək istəyib? – Yalanı üzə çıxdı

Lerikdə yaşayan Məmmədsəfa adlı şəxsin dedikləri ölkə gündəmini zəbt edib. Sözügedən videoda  həmin şəxsin cindarlıqla məşğul olduğu və özünü “ikinci Allah” adlandırdığı qeyd edilib.


Videoda rayon sakinləri tanınmış simaların cindarın daimi müştəriləri olduğunu və müraciət etdiyini bildirib. Xəbərlərdə adı hallanan məşhurlarla əlaqə saxlayıb, məsələnin nə yerdə oluduğunu dəqiqləşdirilib.
 
Meyxanaçı Namiq Qaraçuxurlu uzun illərdir ki, falçılarla mübarizə apardığını söyləyib:
 
“Mən ömür boyu falçıların yanına gedən insanlarla mübarizə aparmışam. Baxmayaraq ki, illərlə mənə cadu olunub. Amma buna görə heç bir zaman falçılara müraciət etməmişəm. Bu xəbərlər yalandır. Deməzdim ki, bu mənə qarşı düşünülmüş bir addım olsun. Bəlkə də, qarşı tərəf belə istəyib.  Bizim cəmiyyətimizdə bilmədən danışan insanlar çoxdur. Hər şeydən xəbərdar insan kimi görünməyi sevirlər. Ola bilsin ki, bu falçını reklam etmək üçün atılan addımdır. Əvvəldən dediyim kimi, mənim evimdən, maşınımdan cadular çıxıb. Bunun kimlər tərəfindən də edildiyini bilirəm. Mən isə səbr etmişəm, heç kimin yanına getməmişəm. Adım belə məsələlərdə halalananda əsəb keçirirəm. Bir söz də deyim ki, mən Azərbaycanın bölgələrində olmuşam, Lerikdən başqa”.

Müğənni Əlikram Bayramova isə adını bu işlərdə hallandırdığı insanları qınayıb və heç bir zaman falçı yanında olmadığını bildirib:
 
“Məni sevənlərimin gözündən salmaq üçün bir çox yerdə mənim adımı falçılarla bir tuturlar. Falçı ilə o adamın bağlılığı olar ki,  o insanın caduya ehtiyacı olsun. Allahım mənə şahiddir ki, mən heç bir falçı yanına getməmişəm. Mən onlara lağ edən insanam. Azərbaycanda sevildiyim bir halda falçı yanına niyə gedim axı?! 3-5 toydur, Allah yetirir, ora da gedirəm. Bir övladım var evləndirmişəm, iki də nəvəm var. Bəxtimə baxmağa gedirəmsə, niyə gedim? Ailəm xoşbəxt, mən xoşbəxt. Bir toyu ki, falçı verəcəksə, kül o toyun və falçının başına ki, Allah yetirdiyi ruzini falçı yetirir. Qınayıram. Allah qarşısında cavab verəcəksiniz”.

Xanəndə Elnarə Abdullayeva isə Məmmədsəfanın yanında olduğunu, onun səhhətində yaranmış problemləri həll etdiyini qeyd edib.

Aparıcı Xoşqədəm Baxşəliyev ilə əlaqə saxlasaq da o, bu məsələdən xəbərsiz olduğunu qeyd edib və belə insanların yanına getmədiyini bildirib.


//PrimeTime.Az