“Bakubus” avtobusu AĞIR QƏZA törətdi – Avtomobil AŞDI – FOTO
    • 14-12-2021, 09:51
    • 448

“Bakubus” avtobusu AĞIR QƏZA törətdi – Avtomobil AŞDI – FOTO

Bakıda marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə ağır yol qəzası baş verib.

News24.az-ın məlumatına görə, Xətai rayonu ərazisində “Bakubus”a məxsus olan 30 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus “Ravon” markalı 99 PS  654 nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Zərbənin gücündən minik avtomobili aşıb.

Qəza zamanı xəsarət alan olmasa da avtobusa və minik avtomobilinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.