Acun Ilıcalı ilə Şeyma Subaşı boşandı - VİDEO
    • 26-11-2018, 16:32
    • 2 933

Acun Ilıcalı ilə Şeyma Subaşı boşandı - VİDEO

Boşanmaq üçün birlikdə gələn cütlüyün şən əhvalı diqqətdən qaçmayıb. Ilıcalı və Subaşı kameralara gülümsəyərək poz verib.

Ötən ilin sentyabr ayında Fransada ailə quran ikilinin dəqiq hansı səbəblə ayrıldığı hələ ki, məlum deyil. Versiyalardan biri odur ki, Şeyma Acuna aktyor Cağatay Ulusoy ilə xəyanət edib. Amma Ilıcalı bu versiyanı inkar edib. 
Deyilənə görə, Acun və Şeyma 4 ay əvvəl boşanmağa qərar veriblər. Amma münasibətlərini xilas etməyə çalışsalar da cəhdləri boşa çıxıb. Bu barədə Ilıcalı açıqlamasında deyib:
"Hər evlilikdə boşanma var. Biz də evliliyimizi xilas etməyə çalışdıq. Amma alınmadı. Buna insani yöndən baxmağınızı istəyirəm. Çalışdıq, olmadı. İkimiz üçün də xeyirlisi belədir. Dedi-qodular ola bilər. Nəticədə biz də öz aramızda kiçik bir ailə idik. İddiaların hamısı xoşagəlməzdir. Sevərək evləndik, hörmətlə ayrıldıq".
 
Məhkəmə 9 dəqiqə davam edib və cütlük rəsmən boşanıb.

News24.Az