Üç tanınmış aşığın yubileyi ilə bağlı poçt markası buraxıldı - Foto
    • 16-12-2021, 11:19
    • 935

Üç tanınmış aşığın yubileyi ilə bağlı poçt markası buraxıldı - Foto

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən türk dünyasının üç tanınmış aşığı – Aşıq Ələsgər, Jambıl Jabayev və Yunus Emrenin yubiley tarixləri ilə əlaqədar poçt markası dövriyyəyə buraxılıb.

News24.az xəbər verir ki, markanın üzərində hər üç aşığın portreti və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun loqosu təsvir olunub.

5 min tirajla çap olunan markanın rəssam-dizayneri Orxan Qarayevdir.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi hazırlanıb.

Qeyd edək ki, marka Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sifarişi əsasında çap edilib.