Bakıda bağ evində dincələn qohumlar arasında DAVA DALAŞ – Çılpaq gəzdiyinə görə...
    • 20-12-2021, 12:23
    • 1 695

Bakıda bağ evində dincələn qohumlar arasında DAVA DALAŞ – Çılpaq gəzdiyinə görə...

Bu ilin avqust ayının 9-da Bakı şəhər Xəzər rayonu Zirə qəsəbəsində bağ evində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Bağlar yaşayış sahəsində 1961-ci il təvəllüdlü Fikrət Bədirovun qaynı Ağarzanı bıçaqlaması faktı ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış iş üzrə istintaq zamanı bəzi faktlar üzə çıxıb.

Bəlli olub ki, hər iki şəxs yay aylarında alələri ilə birgə Zirədəki bağlarında istirahət edirmiş. Ağarzanın bağın həyətində köynək-maykasını çıxararaq yarıçılpaq gəzməsi Fikrətin xoşuna gəlməyib və bu məsələyə görə onların arasında narazılıq yaranıb. Belə ki, F.Bədirov oğluna irad bildirərkən “dayısına oxşamış” sözünü işlədib və bu da qarşı tərəfin xoşuna gəlməyib. Nəticədə tərəflər arasında münaqişə baş verib və yeznə qaynını bıçaqlayıb.

Məhkəmədə bıçaqlanan şəxs bacısının həyat yoldaşı ilə barışdığını bildirərək şikayətçi olmayıb.

Məhkəmə təqsirləndirilən şəxsin 1 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilməsinə qərar verib.