Mühərriki xarab olan gəmi batdı: 60 nəfər itkin düşdü, 17 ölü var
    • 21-12-2021, 13:11
    • 509

Mühərriki xarab olan gəmi batdı: 60 nəfər itkin düşdü, 17 ölü var

Madaqaskar sahillərində gəmi batıb.
 
News24.az xəbər verir ki, bu barədə ölkənin Dəniz və Çay Administrasiyası məlumat yayıb.

Gəminin batması nəticəsində azı 17 nəfər ölüb, 60-a yaxın adam itkin düşüb:

"Gəmidə 130 sərnişin olub, onlardan 45-i xilas edilib. Axtarış əməliyyatları davam edir". /Sfera.az/