-
- 21-12-2021, 13:24
- 389
Dövlət Məşğulluq Agentliyi ilə “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə İKT bazarında ən böyük işəgötürənlərdən biri olan “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Agentliyin mətbuat xidmətindən News24.az-a bildirilib ki, sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli və “Azerconnect” şirkətinin Baş direktoru Emil Məsimov imzalayıb.
Memoranduma əsasən, tərəflər arasında agentliyin fəaliyyət istiqamətləri və qarşılıqlı maraq kəsb edən layihələr üzrə əməkdaşlıq qurulacaq, əmək bazarının tələblərinə uyğun işsiz və işaxtaran şəxslərin peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması istiqamətində “Azerconnect” şirkəti ilə əməkdaşlıq ediləcək.
Sənəddə, həmçinin korporativ sosial münasibətlərin inkişafı istiqamətində təkliflərin hazırlanması, “Məşğulluq Marafonu” çərçivəsində “Azerconnect” tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstəyin verilməsi və müvafiq fəaliyyətin həyata keçirilməsi, birgə innovativ layihələrin, tədbirlərin, forumların həyata keçirilməsi nəzərdə tutulub.
Memorandumda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerləri və sosial müəssisələrin yaradılmasına marağın artırılması üçün agentlik tərəfindən müxtəlif xarakterli həvəsləndirici tədbirlər, o cümlədən proqram və layihələrin həyata keçirilməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunan şəxslərin fəaliyyətinin dəstəklənməsi və inkişaf etdirilməsi məqsədilə “Azerconnect” şirkəti tərəfindən əlavə dəstəyin verilməsi, peşə hazırlığına cəlb olunan şəxslərin şirkətdə istehsalat təcrübəsi keçmələri və müvafiq işlə təmin olunmasına şirkət tərəfindən köməklik göstərilməsi öz əksini tapıb.