DİM qəbul imtahanlarında Vətən müharibəsindən düşəcək materialı təqdim etdi
    • 21-12-2021, 15:15
    • 288

DİM qəbul imtahanlarında Vətən müharibəsindən düşəcək materialı təqdim etdi

Dövlət İmtahan Mərkəzi Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair yenilənmiş məqaləni təqdim edib.

DİM-dən News24.az-a verilən xəbərə görə, Vətən müharibəsinə dair 2021-ci il “Abituriyent” jurnalının 2-ci sayında dərc edilmiş, həmçinin Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilmiş məqalənin yeni redaktəsi ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq olar:

Materiallar ödənişsizdir və hər kəs öz kompüterinə yükləyə bilər.

Məqalənin ilk çapından sonrakı dövrdə baş vermiş hadisələrin çoxu yeni redaktədə nəzərə alınıb. Xatırladaq ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar qeyd edilən mövzu haqqında istifadədə olan dərsliklərdən bilgilər almayıblar. Mövzunun vacibliyi nəzərə alınaraq, 2022-ci ildə də II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu material əsasında tərtib ediləcək.