Şamaxıda qəbiristanlıqdan oğurluq edən şəxs SAXLANILDI
    • 22-12-2021, 11:19
    • 436

Şamaxıda qəbiristanlıqdan oğurluq edən şəxs SAXLANILDI

Şamaxı rayonunda qəbiristanlıqda oğurluq olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin ətrafına çəkilmiş dəmir məhəccəri və “Jeep” markalı bir avtomoblin yük qoşqusunu oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Həsənov müəyyən edilərək saxlanılıb.